...

Azərbaycan Vəkillər Kollegiyasına üzv olmaq istəyən hüquqşünaslarla müsahibə başlayıb

Cəmiyyət Materials 4 May 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Vəkillər Kollegiyasına keçirilmiş imtahanlarda uğur qazanmış namizədlərlə müsabiqənin ikinci mərhələsi-müsahibə başlayıb. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov cümə günü Trend ə bildirib ki, bu gün Naxçıvanda 9 namizədlə müsahibə keçirilir. Müsahibənin nəticələrinin bu gün məlum olacağını deyən sədr müavini mayın 8-dən etibarən Bakıda digər namizədlərlə müsahibənin başlanacağını bildirib.

Martın 4-də vəkil olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Müsahibə Komissiyası 11 nəfərdən təşkil olunub. Komissiya üzvlərinin 5-i vəkillərdən, 3-ü alimlərdən, 3-ü isə hakimlərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti