...

Birinci vitse-spiker: Azərbaycanda Aministiyaya düşmüş şəxslər üç ay müddətində azadlığa buraxılacaq

Cəmiyyət Materials 9 May 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycanda Aministiyaya düşmüş şəxslər üç ay müddətində azadlığa buraxılacaq. Bunu çərşənbə günü Azərbaycan Parlamentinin vitse spikeri Ziyafət Əsgərov bəyan edib.

O qeyd edib ki, Aministiyanın şərtlərindən biri odur ki, bu istintaqda olan şəxslərə aid deyil, yalnız məhkəmə qərarı ilə mühakimə olunmuş şəxslərə aiddir.

Çərşənbə axşamı Milli Məclisin iclasında 9000 nəfərə aid edilən "Aministiya" haqqında qanun layihəsi qəbul olunub. Qanuna əsasən 1500 nəfər həbsdən, 7500 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzadan azad ediləcək. Həmçinin təqribən 3000 şəxs məhkəmə qərarı ilə çıxarılmış cərimələrdən azad edilib.

Aministiya cəmiyyət üçün xüsusi təhlükə törətməyənlər, qadın, çox da ağır olamayan cinayətlərə görə məhkum olunmuş, birinci qrup əlil, 60 yaşına çatmış kişilər, cinayət törədərkən yaşı 18-ə çatmayan, himayəsində azyaşlı, birinci və ikinci qrup əlil uşaqlar olan kişilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, bu döyüşlərdə həlak olmuş və itkin düşmüş şəxslərin yaxınları, 1943-1953, 1988-ci illərdə həyata keçirilən etnik təmizləmə, terror siyasəti və genosid zamanı ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illər Azərbaycan ərazilərinin işğalı zamanı məcburi köçkün və qaçqın olan, 20 yanvar faciəsi və Xocalı Genosidi nəticəsində əlil olmuş, bu hadisələrdə həlak olanların yaxınları, cəza müddətinin qurtarmasına altı aydan az müddət qalmış, azadlığın məhdudlaşdırılması və islah işlərinə məhkum edilmiş, şərti olaraq məhkum edilmiş, hökmünün icrası təxirə salınmış şəxslərə aid edilib.

Xəbər lenti

Xəbər lenti