...

"Barmek" şirkətinin prezidenti Hüseyn Arabulun məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 11 May 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Barmek- Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabulun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilməli olan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Bu barədə cümə günü Bakıda Hüseyn Arabulun məhkəmə prosesinə sədrlik edən hakim Sədrəddin Hacıyev məlumat verib.

Hakimin sözlərinə görə, məhkəmə prosesinin təxirə salınmasının səbəbi şirkət prezidentinin bu günki prosesdə iştirak etməməsidir.

"Məhkəmə heyətinə təqdim olunan həkim rəyində təqsirləndirilənin sağlamlıq durumunun qənaətbəxş olmadığından məhkəmə prosesində iştirak edə bilmədiyi qeyd olunub. Buna görə də məhkəmə prosesi mayın 14-ü saat 10.30-dək təxirə salındı", deyə Hacıyev əlavə edib.

Hüseyn Arabul və şirkətin bir qrup əməkdaşı vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını mənimsəməkdə və digər cinayətlərdə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti