...

Mətbuat Şurası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə müraciət ünvanlayıb

Cəmiyyət Materials 18 May 2007 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyevə və həmin məhkəmənin hakimi Tofiq Paşayevə məktublar ünvanlayıb. Bu barədə cümə günü Mətbuat Şurasından məlumat verilib.

Müraciətlərdə bildirilir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinə buraxılmayan bir sıra KİV nümayəndələrindən MŞ-yə şikayətlər daxil olub. Onlar ilkin mənbədən informasiya alma hüquqları pozulduğu üçün Şuradan müvafiq kömək göstərilməsini xahiş ediblər.

Mətbuat Şurası həmin KİV-lərin məhkəmə prosesini işıqlandırmaları üçün normal şərait yaradılmasını xahiş edib.

Xəbər lenti

Xəbər lenti