...

"Atasport" "Challenge-2" turnirinə qələbə ilə başlayıb

Cəmiyyət Materials 26 May 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Kişilərdən ibarət "Atasport" otüstü hokkey klubu Afinada startı verilən "Challenge-2" turnirinə qələbə ilə başlayıb.

Federasiyadan Trend ə verilən məlumata görə, komandamız ilk oyunda Norveçin "Aker" klubunu 6:0 hesabı ilə darmadağın edib. Diqqət çəkən odur ki, skandinavların heyətinin əsasını bu idman növündə ad çıxarmış hindistanlılar və pakistanlılar təşkil edib.

Bu qələbə "Atasport"a "B" qrupunda birinci yerə yüksəlməyə imkan verib. Güman edilir ki, komandamızın əsas rəqibi Macarıstanın "Epitok"u ola bilər. Macarlar çətinlik çəkmədən Türkiyənin "Keçioren" klubunun qapısında beş cavabsız top keçirib.

Xatırladaq ki, turnirin iki ən yaxşı komandası daha yüksək diviziona vəsiqə qazanacaq və artıq növbəti mövsümdən bu divizionda çıxış edə biləcək.

Xəbər lenti

Xəbər lenti