...

"AtaHolding Hockey Champions Challenge" turnirinin iştirakçıları Bakıdadır

Cəmiyyət Materials 6 İyun 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ İyunun 9-da start götürəcək "AtaHolding Hockey Champions Challenge" reytinq turnirinin bütün iştirakçıları artıq Bakıdadır.

Federasiyadan verilən məlumata görə, Azərbaycan paytaxtına sonuncu olaraq ABŞ yığması gəlib. Digər komandalar artıq bir neçə məşq keçiriblər və Avropada ən yaxşılardan biri sayılan Hokkey kompleksinin meydançasını yoxlayıblar. Bütün həftəni Bakıda keçirən çinlilər burada təlim-məşq toplanışlarını keçirirlər və gələcək rəqibləri ilə sınaq oyunlarında qüvvələrini sınayırlar.

Bakıda dünya reytinqində ikinci altılıqda yer alan kollektivlər oynayacaq. Meydan sahibləri onların arasında yer almasalar da, təşkilatçı qismində turnirdə çıxış etmək hüququ qazanıblar.

Xəbər lenti

Xəbər lenti