...

Afaq Bəşirqızı: "Tamaşaçını qadın geyimləri ilə nə qədər güldürmək olar?"

Cəmiyyət Materials 19 İyun 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /müx. "TrendLife" Günel Əhmədova/ Azərbaycanın teatr sahəsində heç bir problemin həlli vaxtında çözülməyib. Moskvada fəliyyət göstərən Bəşir Teatrı da oxşar süjetli problem yaşayır. Uzun illərdir bina məsələsi çözülməmiş qalır. "Artıq rəsmi orqanlara göndərdiyim müraciətlərin sayını sıfıra endirmişəm". Bu sözləri Bəşir Teatrının yeni layihəsinin həlli üçün bina axtarışında olan Afaq Bəşirqızı söylədi və dərdini "TrendLife"la bölüşdü.

- Afaq xanımı daha hansı problemlər narahat edir?

- Bir neçə ay bundan əvvəl teatr maliyyə çətinliyi yaşayıb. Aktyorların maaşı, icarəyə götürdüyüm binanın icarə haqqı məni çox narahat edirdi. Amma dar günümdə heç bir sponsora ağız açmadım. İndi teatrda Əziz Nesinin "Al canımı, qadan alım" tamaşasına hazırlıq gedir. Tamaşanın rejissoru Oruc Fikrətoğludur. Tamaşa üç aktyorun iştirakı ilə olacaq.

- Moskva tamaşaçılarını nə ilə maraqlandırmaq olar?

- Nə üçünsə bizi alverçi kimi tanıyırlar. Şou proqramların, özəl filmlərin mövzusu da bəzən buna xidmət edir. Moskvalılara azərbaycanlıları daha başqa aspektdən tanıtmağa çalışıram. Qarşıdakı bir sıra layihələr məhz Bəşir Teatrının repertuarı üçün nəzərdə tutulub

- Buradakı yeni tele-layihəniz deyəsən ancaq "Görüş kafesi" ilə məhdudlaşıb?

- Hələlik bəli. Belə ki, bu tele-layihə çox vaxt aparır. Bu yaxınlarda isə mən tamaşaçılarıma yeni veriliş təqdim edəcəm. Yeni layihə dövlət kanalında deyil, özəl kanalların birində yayımlanacaq. Hələlik verilişin nədən ibarət olacağını deyə bilmərəm. Çünki dəyişikliklər gözlənilir. Düşünürəm ki, sentyabr ayında yeni veriliş işıq üzü görəcək.

-Bəs səhnədə tamaşaçıları nə ilə sevindirəcəksiniz?

- Əli Əmirlinin pyesinə Oruc Qurbanovun quruluş verdiyi tamaşa "7 məhbus anası" adlanır. Səhnə əsəri mənim 50 illik yubileyimə hazırlanır və iyunun 23-24-də tamaşanın təqdimatı keçiriləcək. Tamaşada mənimlə birgə səhnəni Ələkbər Əliyev, Fatma Mahmudova və başqaları bölüşəcəklər.

- Parodiyaçıların, yumor ustalarının mübahisələri son ayların mövzusuna çevrilib. Sizin münasibətiniz necədir?

- Düşünürəm ki, Azərbaycanda bacarıqlı, potensiallı gənclərin sayı çoxdur. Amma şouya, yüngül gülüş dalınca qaçan, maddiyatı sənətdən üstün tutanların sayı birincilərdən daha atrıqdır. Tamaşaçını qadın geyimləri ilə nə qədər güldürmək olar? Mövzü hələ də çeynənilir. Mənə elə gəlir ki, yumor ustatdları mövzu problemi yaşayırlar. Hərdən düşünürəm, axı Mirzağa Əliyev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu tamaşaçını yüngül söz yığını ilə güldürməyib.

Xəbər lenti

Xəbər lenti