...

UEFA müfəttişi Asim Xudiyev İntertoto Kuboku matçına təyinat alıb

Cəmiyyət Materials 3 İyul 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ UEFA müfəttişi Asim Xudiyev növbəti beynəlxalq təyinatını alıb. AFFA-dan verilən məlumata görə, Xudiyevə İntertoto Kubokunun ikinci mərhələsi çərçivəsində Çernomorets (Odessa) və "Şaxtyor" (Soliqorsk, Belarus) arasında oynanılacaq birinci oyunu idarə etmək həvalə olunub. Bu oyun iyulun 7-də Odessada keçiriləcək. Cütlüyün favoritləri meydan sahibləri sayılır. Onlar yarışın üçüncü mərhələsinə keçmək üçün yaxşı fürsətə malikdir.

Bu, Xudiyevin Ukrayna təmsilçisinin iştirakı ilə keçirilən oyunda müfəttiş rolunda çıxış etdiyi birinci matç deyil. Konkret olaraq bir neçə il əvvəl o, Çempionlar liqasının ikinci seçmə mərhələsi çərçivəsində Kiyev "Dinamo"su ilə "Tyun" (İsveçrə) arasında oynanılan matçda, həmçinin 2006-ci il dünya çempionatının seçmə mərhələsində Gürcüstanla Ukrayna arasındakı oyuna təyinat almışdı.

Xəbər lenti

Xəbər lenti