...

"Soy production" şirkətinin baş direktoru Oqtay Əliyev: "Yaşlı nəslin nümayəndələrinə "Eurovision"-da yer yoxdur

Cəmiyyət Materials 9 İyul 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /müx.TrendLife Diana/Məhşur mahnı müsabiqəsi olan "Eurovision"-da iştirak etmək, deyəsən, get-gedə yerli şou-biznes nümayəndələrinin ünlü arzusuna çevrilib. Buna baxmayaraq bizim iştirakçılar müsabiqədə iştirak etməyin vaxtını nədənsə uzadırlar. Bu barədə bir neçə sualla TrendLife Oqtay Əliyevə müraciət etdi:

- Məlumdur ki, yaxın iki ildə Azərbaycan "Eurovision" mahnı müsabiqəsində iştirak edə bilməz. Ümid var ki, nə vaxtsa biz də orda iştirak edə bilək?

- Düzünü desəm, umid azdır. Bu da məni qorxudur. 2005-ci ildən o arzu ilə yaşayıram ki, bizim müğənnilərdən kimsə "Eurovisionda" iştirak edəcək. Yeri gəlmişkən, demək olmaz ki, bizdə yaxşı ifaçı və ya müğənni yoxdur. Sadəcə çox maraqlı bir şey baş verir. Bizdə gözləyirlər k, kimsə onların yerinə nə isə edəcək. Necə ki, ora getmək barədə söz düşür, hamı nədənsə problem yaradır. Bir-biri ilə arsında rəqabət aparmağa başlayırlar. Sonra yenidən sakitləşib, qış yuxusuna gedirlər. Nəticədə bu qruplar ancaq bir-birinə mane olurlar. Biz isə nəticə etibarilə heç nə görmürük. Düzünü desəm, mənim üçün fərqi yoxdur, orda iştirak edən kim olacaq, əsas odur ki, bizim ölkəmiz orda iştirak edə bilsin.

- Axı Mədəniyyət və Turizm Nazirliyi də bu işə təşəbbüs göstərir...

- Bəli, son vaxtlar nazirlik də bu işə qarışıb. Bu, bizləri sevindirir, lakin dünya təcrübəsində bu işlə ictimai televiziya məşğul olur. Qaldı ki, yaşlı nəslin nümayəndələrinin bir-biri ilə rəqabətinə, artıq onlar üçün çox gecdir. Mən sadəcə Faiq Ağayevi, Zülfiyyə Xanbabayevanı, Brilliant Dadaşovanı başa düşmürəm, onları orda da görmək istəmirəm.

- Bu yaxınlarda Nadir Qafarzadə söylədi ki, əgər "Eurovisiona" getsə, birinci yer tutacaq. Siz buna necə baxırsınız?

- O, səviyyəli müsabiqələrdə tamaşaçı kimi iştirak edə bilər, iştirakçı kimi yox. Mən hesab edirəm ki, onun belə bacarığı yoxdur. Nadir hələ sovet ölkələri arasında olan kiçik müsabiqələrdə iştirak etsin.

- Bəs siz tərəfdən hansı işlər görülür?

- Bizim nümayəndələrdən biri bu il həmin müsabiqədə tamaşaçı kimi iştirak edib. Həmin adam ordakı şəraitlə, iştirakçıların hansı şəraitdə yaşaması ilə, biletlərin qiyməti ilə, reklamın necə olmağı ilə maraqlanıb. Nəticədə başa düşdüm ki, "Eurovision" doğurdan da səviyyəli müsabiqədir.

- Siz necə fikirləşirsniz, əgər orda iştirak etsək, bizə kim səs verəcək?

- Mənə elə gəlir ki, Türkiyə bizə 8, Ermənistana isə 12 bal verəcək. İdeyaya görə, belə olmamalıdır. Gürcüstandan da yeddi, ya səkkiz bal gözləyirəm. Ola bilər kii, Ukrayna və Almaniya da bizə səs versin.

- Sonuncu sualımız. Şirkətin planları haqda nə deyə bilərsiniz?

- Bizim iki yeni layihəmiz - tok-şoumuz var ki, mən hələ onları açıqlamaq istəməzdim. Oktyabr ayında isə "Yeni Ulduz" yeni dekorasiyası ilə start götürəcək.

Xəbər lenti

Xəbər lenti