...

Azərbaycanın şimal bölgəsində 174 nəfər xroniki alkoqolizmdən əziyyət çəkir

Cəmiyyət Materials 11 İyul 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsinin 4 rayonu üzrə - Quba, Qusar, Xaçmaz və Dəvəçidə 174 nəfər xroniki alkoqolizmdən əziyyət çəkir. Bu barədə çərşənbə günü şimal bölgəsi üzrə rayonlararası Narkoloji Dispanserin baş həkimi Kamil Mehdiyev məlumat verib. Mehdiyev bildirib ki, onlardan 83-ü Quba (50%), 46-sı Qusar, 29-u Xaçmaz, 16-sı isə Dəvəçi rayon sakinləridir. Bu ilin 6 ayı ərzində bölgədə 26 alkoqollu içkidən əziyyət çəkən şəxslər yeni qeydiyyata alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Ötən ilin 6 ayı ərzində 13 nəfər qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti