...

Sabah üçüncü ixtisas qrupuna qəbul imtahanları keçiriləcək

Cəmiyyət Materials 16 İyul 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İyulun 17-də 2007-2008-ci tədris ili üçün III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə imtahanlar Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək.

III qrup üzrə bu il 41253 abituriyent sənəd təqdim edib. Onlardan 10698-i oğlan, 30555-i qızlardır. Bakıda 32065, Naxçıvanda2080, Sumqayıtda isə 7108abituriyentimtahan verəcək.

Bu ixtisas qrupunda 75 ixtisas üzrə 19 dövlət və 13 özəl ali məktəblərində mütəxəssis hazırlığı aparılır.

İmtahanın keçirilməsi üçün Bakıda 57, Sumqayıtda 11, Naxçıvanda 4 bina ayrılıb. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2610 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 252 imtahan rəhbəri cəlb olunub.

Bu ixtisas qrupu üzrə Azərbaycan bölməsinə 6217, rus bölməsinə 1032 qəbul planı var. Ərizə verənlər isə müvafiq olaraq 38156 və 3097 nəfərdir.

III ixtisas qrupu üzrə abituriyentlərin 24813 nəfəri orta məktəbi bu il bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 118 abituriyent xarici ölkələrin vətəndaşıdır, 167 abituriyent ali təhsillidir.

Xəbər lenti

Xəbər lenti