...

UEFA təlimatçısı Asim Xudiyev İntertoto Kubokunun matçına təyinat alıb

Cəmiyyət Materials 20 İyul 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ UEFA təlimatçısı Asim Xudiyev növbəti təyinat alıb.

AFFA-dan verilən məlumata görə, sabiq referi İntertoto kubokunda "Trabzonspor"la Rumıniyanın "Otselul"u arasında oynanılacaq cavab qarşılaşmasını idarə edəcək. Görüş iyulun 28-də Türkiyədə keçiriləcək.

Bu oyun prinsipial xarakter daşıyacaq. Çünki cütün qalibi UEFA Kubokuna vəsiqə qazanacaq.

Mütəxəssislər bu oyunda üstünlüyü "Trabzonspor"a verirlər. Burada nəzərə alınır ki, türk klubu ilk oyunu səfərdə keçirəcək və cavab qarşılaşmasında meydan üstünlüyünə malik olacaq.

Qeyd etmək lazımdır ki, bu, Xudiyevin cari mövsümdə ilk təyinatı deyil. Həmyerlimiz artıq İntertoto Kubokunun oyunlarına təyinat alıb.

Xəbər lenti

Xəbər lenti