...

Pianoçu Yeganə Axundova Kanadada çıxış edəcək

Cəmiyyət Materials 27 İyul 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Hər il Kanadada kamera musiqisinə həsr olunmuş iri beynəlxalq musabiqə keçirilir. Ora dünyanın ən yaxşı musiqiçiləri toplaşır. "TrendLife"ın verdiyi məlumata görə, Azərbaycanın əməkdar artisti, tanınmış pianoçu Yeganə Axundova da orada iştirak edəcək. Onu da qeyd edək ki, avqustun 14-də festival çərçivəsində böyük konsert proqramı təşkil olunacaq. Bu konsert proqramı Azərbaycana həsr olunacaq. Festival çərçivəsində Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Firəngiz Əlizadənin, Fikrət Əmirovun, Tofiq Quliyevin, əsərləri səslənəcək. Fortepiano üçün partiyanı Axundova ifa edəcək. Onu da bildirək ki, festival çərçivəsində Azərbaycan musiqisi gecəsi görkəmli bəstəkar və dirijor Cövdət Hacıyevin oğlu İsmayıl Hacıyevin təşəbbüsü ilə keçiriləcək. İsmayıl Hacıyev hazırda Kanadada yaşayır və işləyir.

Xəbər lenti

Xəbər lenti