...

"Bakı" heyətini Özbəkistan yığmasının üzvü ilə möhkəmləndirmək istəyir

Cəmiyyət Materials 30 İyul 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan çempionatının bürünc mükafatçısı "Bakı" Özbəkistan yığmasının futbolçusu Viktor Korpenko ilə güclənmək niyyətindədir. Güman olunur ki, Korpenko Bakıya avqustun 5-də gələcək. Futbolçunun belə gec gəlməsi çıxış etdiyi yığmanın Asiya Kubokunda çıxış etməsi ilə bağlıdır.

Maraqlıdır ki, "Bakı"nın nümayəndələri artıq xeyli müddətdir Korpenkonu diqqət mərkəzində saxlayırlar. Lakin onun gələcəyinə "Bakı"nın heyətində keçirəcəyi məşqlərdən sonra aydınlıq gələcək. Burada futbolçunun potensialını komandanın baş məşqçisi Böyükağa Ağayev qiymətləndirəcək.

Korpenkodan öncə "Bakı"nın düşərgəsinə argentinalı yarımmüdafiəçi Fernando Peres gəlmişdi. Bu futbolçu yeni mövsümdə də komandada çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti