...

Azərbaycan Müdafiə Nazirliyinin sabiq komandir müavini apellyasiya şikayəti verib

Cəmiyyət Materials 31 İyul 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müdafiə Nazirliyinin Mühafizə Briqadasının sabiq komandir müavini polkovnik-leytenant Rasim Muradov barəsində seçilən həbs-qəti imkan tədbirindən apellyasiya şikayəti verilib. Bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında Muradovun vəkili Oqtay Əliyev məlumat verib. Onun sözlərinə görə, ona qarşı qaldırılan ittiham çərçivəsində istintaq hərəkətləri aparılır. Vəkil hesab edir ki, Muradova qarşı irəli sürülən ittihamlar yetərli sübut deyil və istintaq hərəkətlərində qərəzçilik var.

Muradov ötən həftə Cinayət Məcəlləsinin 311.3-cü (təkrar rüşvətalma) maddəsi ilə cinayət işi açılıb və onun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Hərbçi 1 saylı Bayıl Təcridxanasında saxlanılır. İttihamda Muradovun 2002-ci ildə hərbi hissəyə zabit düzəltmək məqsədilə bir neçə dəfə rüşvət aldığı göstərilib.

Xəbər lenti

Xəbər lenti