Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/
Fevralın 11-12-də XXI "Trelleborg Open" turnirinə qatılan taekvondoçularımız 6 medala sahib olub.
Trend-in məlumatına görə, Avropa Taekvondo Birliyinin (ETU) "A" kateqoriyalı yarışında böyüklərdən Ramik Nəzərov (63 kq), gənclərdən isə Pərvin Əliyev (59 kq) və Seyidəzim Bədirxanlı (+78 kq) qızıl medal qazanıb. Gənclərdən Vladislav Subbotin (73 kq) yalnız final döyüşündə məğlub olaraq, komandamızın aktivinə gümüş medal yazdırıb. Təranə Məmmədova (46 kq) isə bürünc medal qazanmaq şansını əldən verməyib.
Beləliklə, İsveçin Trelleborq şəhərində keçirilən ənənəvi turnirdə idmançılarımız bu il 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla yadda qaldı.