...

Bakıda Formula 1-in yarış bolidləri keçiriləcək (FOTO)

İdman Materials 16 İyun 2012 11:57 (UTC +04:00)
Sabah Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında "Formula 1"-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri baş tutacaq.
Bakıda Formula 1-in yarış bolidləri keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Sabah Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında Formula 1-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri baş tutacaq.

Yarış təşkilatçıları Trend-ə bildiriblər ki, iyunun 17-də Bakının mərkəzində bu sürət bayramında Bakı sakinləri 2001-ci ildə Sebastyan Fettelə dünya çempionu olmaq, "Red Bull Racing" komandasına isə Konstruktorlar Kubokunda əminliklə qalibiyyət əldə etmək imkanını vermiş Formula 1-in ən sürətli yarış bolidini - RB7-ni öz gözləri ilə görə biləcəklər.

RB7 bakılılara inanılmaz sürəti, manevrliliyi, baxımlı "ponçik" bişirməni və 2,5 saniyə ərzində saatda 0-dan 100 km-dək sürət yığmanın fenomenal xarakteristikalarını nümayiş etdirəcək.

Yarış bolidini ən məşhur yarışçılardan biri, Formula 1-in əfsanəsi, Formula 1-in "Red Bull Racing" komandasının üzvü Devid Kulthard idarə edəcək.

Xəbər lenti

Xəbər lenti