...

"Neftçi" növbəti transferini reallaşdırdı

İdman Materials 29 İyun 2012 15:44 (UTC +04:00)
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" PFK növbəti transferini reallaşdırıb.
"Neftçi" növbəti transferini reallaşdırdı

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" PFK növbəti transferini reallaşdırıb.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, flaqman yığma komandamızın da şərəfini qoruyan müdafiəçi Saşa Yunisoğlu ilə müqavilə imzalayıb. Saşa Yunisoğlu "Neftçi"də 3 nömrəli formanı geyinəcək.

"Neftçi" ölkəmizin ən böyük tarixə malik komandasıdır. Elə buna görə də hər bir azərbaycanlı futbolçu kimi mənim də arzum "Neftçi"də oynamaq olub. İndi bu şansı qazanmışam. Qarşıda bizi Çempionlar Liqası turnirində çıxış gözləyir. Komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, mərhələ adlayıb azarkeşlərimizi sevindirəcəyik", - futbolçu transferi ilə bağlı bildirib.

Xəbər lenti

Xəbər lenti