...

FIFA prezidenti Azərbaycana gələcək

İdman Materials 28 Avqust 2012 12:13 (UTC +04:00)
FIFA-nın prezidenti Yozef Blatter FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində iştirak edəcək.
FIFA prezidenti Azərbaycana gələcək

Azərbaycan, Bakı, 28 avqust /Trend/

FIFA-nın prezidenti Yozef Blatter FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində iştirak edəcək. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı AFFA-ya FIFA-dan rəsmi məlumat daxil olub.

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti