...

"Neftçi"nin italyanlarla oyununun biletləri sabahdan satışa çıxarılır

İdman Materials 27 Sentyabr 2012 10:13 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi"nin İtaliyanın "İnter" komandası ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq.
"Neftçi"nin italyanlarla oyununun biletləri sabahdan satışa çıxarılır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi"nin İtaliyanın "İnter" komandası ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. Bu barədə Trend-ə "Neftçi" PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Oyunu izləmək istəyən azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və "Park Bulvar" ticarət mərkəzində yerləşən satış nöqtələrindən əldə edə bilərlər.

Qeyd edək ki, "Neftçi" - "İnter" qarşılaşması oktyabrın 4-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti