Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.Mehdiyev/
Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı sona çatıb.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAIREX) Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə yanvarın 18-dən fevralın 3-ə qədər Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən çempionatın final mərhələsində Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran və Gürcüstanın 20-dən artıq idmançısı iştirak edib.
Çempionatın nəticələri aşağıdakı kimidir.
Buzadırmanma üzrə açıq Respublika çempionatında kişilərin çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Qvelebiani Nukri (Gürcüstan)
2. Yunisov Ceyhun (Salavat)
3. Məhəmməd Zireşki (İran)
Qadınların çətinlik üzrə final mərhələsinin nəticələri:
1. Pirəliyeva Aytən (Zirvə)
2. Pirəliyeva Gülnar (Zirvə)
3. Qazimagammedova Marina (Rusiya)
3. Saidova Aida (Rusiya)
Kişilərin sürət üzrə final mərhələsinin nəticələri:
1. Rəhimxanov Ramal (Salavat)
2. Əzizov Maksim (Salavat)
3. Nəsrullayev Seyfulla (Zirvə)
Qadınların sürət üzrə final mərhələsinin nəticələri:
1. Əliyeva Leyla (FHN)
2. Pirəliyeva Gülnar (Zirvə)
3. Pirəliyeva Aytən (Zirvə)
Buzadırmanma üzrə açıq Respublika çempionatında, ümumi nəticələrə görə, komandalararası yarışda FAIREX-in "Salavat" idman komandası I yerə çıxıb.