...

Azərbaycan "Dutch Open"da 18 taekvondoçu ilə təmsil olunacaq

İdman Materials 12 Mart 2013 15:43 (UTC +04:00)
Azərbaycan taekvondoçularının uğurları davam edir. Hamburqda "German Open" beynəlxalq turnirində iştirak edən idmançılarımız beş medal qazanıblar.
Azərbaycan "Dutch Open"da 18 taekvondoçu ilə təmsil olunacaq

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan taekvondoçularının uğurları davam edir. Hamburqda "German Open" beynəlxalq turnirində iştirak edən idmançılarımız beş medal qazanıblar.

Azərbaycan Taekvondo federasiyasından Trend-ə verilən məlumata görə, Ramin Əzizov (-80 kq) qızıl mükafat, Xəyalə Quliyeva (-46 kq) gümüş, Samir Aydınov (-54 kq), Günay Ağakişiyeva (-57 kq), Fəridə Əzizova isə (-67 kq) bürünc medala sahib olub.

Gənclərdən ibarət secmə komandamız isə növbəti beynəlxalq turnir ərəfəsindədir. ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə martın 16-17-də Eyndhoven şəhərində Niderlandın açıq çempionatına 18 idmançı qatılacaq. 40-cı dəfə təşkil edilən yarışda 1000-dək idmançı iştirak edəcək.

Seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədov aşağıda adları göstərilən taekvondoçuları "Dutch Open"a cəlb edib.

Oğlanlar

1.Tağı Tağızadə (-45 kq)
2. Fizam Mehdiyev (-45 kq)
3. Samid Bağırlı (-48 kq)
4. Xanrul Fətullayev (-48 kq)
5. Samir Novruzov (-51 kq)
6. Məhəmməd Məmmədov (-55 kq)
7. Məmmədnağı Alqayev (-55 kq)
8. Əli Axundov (-59 kq)
9. Yusif Hüseynli (-59 kq)
10. Ayxan Tağızadə (-63 kq)
11. Kənan Süleymanov (-68 kq)
12. Saməddin Əliyev (-68 kq)
13. Səid Quliyev (-73 kq)

Qızlar

14. Nərminə Məmmədova (-44 kq)
15. Təranə Məmmədova (-46 kq)
16. Zümrüd Məlikova (-49 kq)
17. Aynur Məmmədova (-49 kq)
18. Zeyvi Kərimova (-59 kq)

İdmançılar hazırda Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq zalında yarışa son hazırlıqları keçirlər. "A" dərəcəli turnirə martın 14-də yola düşəcək gənclərdən ibarət seçmə komandamız 5 gün sonra paytaxta dönəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti