...

Azərbaycanda İdman Dırmanması üzrə Respublika Çempionatının keçirilməsinə başlanılıb

İdman Materials 5 Aprel 2013 15:11 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bu gündən “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında İdman Dırmanması üzrə Respublika Çempionatının keçirilməsinə başlanılıb.
Azərbaycanda İdman Dırmanması üzrə Respublika Çempionatının keçirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bu gündən "ClimBaku" idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında İdman Dırmanması üzrə Respublika Çempionatının keçirilməsinə başlanılıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprelin 7-də yekunlaşacaq çempionat 3 mərhələdə keçiriləcək. Çempionatda idmançılar bu gün boulderinq, aprelin 6-da çətinlik, aprelin 7-də sürət mərhələlərində qüvvələrini sınayacaqlar.

Yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ölkəmizin müxtəlif bölgələrindən olan idman klublarının 70-ə yaxın yeni başlayan yeniyetmə və gənc idmançısı iştirak edir.

Çempionatın keçirilməsində məqsəd ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti