...

AFFA klubları bağışlamadı

İdman Materials 16 Aprel 2013 14:29 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXVI turunun bəzi oyunlarındakı hadisələrlə bağlı qərar verilib.
AFFA klubları bağışlamadı

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXVI turunun bəzi oyunlarındakı hadisələrlə bağlı qərar verilib.

"Qəbələ" - "Bakı" matçında "Qəbələ"nin 6, "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 1 və 29-cu dəqiqələrində "Qəbələ"nin azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

Oyundan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeş daxil olub) meydan sahibi 5000 manat cərimə olunub.

"Simurq" - "Neftçi" matçının 90+3-cü dəqiqəsində "Simurq"un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti