...

Azərbaycanlı gimnast Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb

İdman Materials 22 Aprel 2013 13:45 (UTC +04:00)
Azərbaycanlı gimnast Lalə Yusifova həftəsonu Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb.
Azərbaycanlı gimnast Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycanlı gimnast Lalə Yusifova həftəsonu Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb.

17 yaşı idmançı finalda gürzlə hərəkətlərdə 3-cü, digər topla finalda - altıncı, çoxnövçülükdə isə 8-ci yeri tutub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Onun rəfiqəsi Marina Durunda medal qazanmasa da, turnirin bütün dörd finalında iştirak edib. Onun ən yaxşı göstəriciləri çoxnövçülük və gürzlə çıxışı zamanı olub ki, bu zaman idmançı 6-ci pilləni tutub.

Dünya kuboku çərçivəsində gənclər arasında keçirilən beynəlxalq turnirdə 14 yaşlı Veronika Ömərova gümüş medal qazanıb.

"Başqa bir gəncimiz -Türkiyənin Konya şəhərində keçirilən yarışda çıxış edən Züleyxa İsmayılova (2000-cü il təvəllüdlü) orada mütləq qalib olub", - milli komandanın baş məşqiçisi Mariana Vasileva bildirib. "Ötən həftə çox uğurlu olub və Dünya kubokuna qayıdaraq qeyd edəcəm ki, ötən həftə Lalənin topla çıxışı o qədər gözəl görünürdü ki, yarışı yayımlayan yerli televiziya ondan qala-çıxışda eyni tapşırıqla çıxış etməyi xahiş edib. Mariananın hər yeni çıxışı sözsüz ki, ona Avstriyada keçiriləcək "Avro-2013" ərəfəsində əminlik verir. Və onlar birlikdə güclü tandemdirlər, onları azərkeşlər sevirlər və hakimlər də onlara rəğbətlə yanaşırlar."

Həmçinin Azərbaycanın bayrağı Moskvada təşkil olunan "Alina-2013" beynəlxalq festivalın final mərhələsinin iştirakçısı olan ölkələrin bayraqlarının arasında qürurla dalğalanıb. Yarışda Azərbaycanı Ayşən Bayramova, Səbinə və Samirə Əlizadələr, Nərminə Həsənova, Zeynəb Hümbətova, Fatimə Bayramova, Cənnət Məmmədova, Mədinə Əhmədova və Simarə Cəfərova təmsil ediblər.

Moskvada, həmçinin idman gimnastikası üzrə Avropa çempionatı başa çatıb. Çoxnövlülük üzrə seçmə mərhələ zamanı azərbaycanlı idmançı Şakir Şixəliyev 77,564 bal yığaraq 50 idmançı arasında 35-ci pilləni tutub. Avropa arenasında ilk dəfə çıxış edən Uğur Xəlilbəyli sərbəst tapşırıqlar üzrə yarışlarda 47-ci nəticəni göstərib. Ruslan Namazov isə dəstəkli at üzərində hərəkətlərdə 92 iştirakçı arasında 72-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti