...

Azərbaycanda keçiriləcək velotur yarışmasında Bakının əsas prospektlərindən biri bağlı olacaq (FOTO)

İdman Materials 29 Aprel 2013 14:14 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə keçiriləcək "Tur de Azerbaijan" yarışının mətbuat konfransı keçirilib.
Azərbaycanda keçiriləcək velotur yarışmasında Bakının əsas prospektlərindən biri bağlı olacaq (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə keçiriləcək "Tur de Azerbaijan" yarışının mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və federasiyanın nümayəndəsi Alberx Robert jurnalistlərin suallarını cavablandırıblar.

"Azərbaycanda keçirliəcək "Tur de Azerbaijan" yarışmasında ümumiliklə 25 komandadan ibarət 600 idmançı iştirak edəcək. Keçən ilə nisbətən bu il marşrut bir az dəyişilib. Budəfəki marşruta salınan yollar daha gözəl və görməli yerlərdir. Biz istəyirik ki, bütün dünya Azərbaycanın əsrarəngiz və gözəl olan yerləri ilə tanış olsun", - Ələkbərov deyib.

Ələkbərov onu da bildirib ki, mayın 1-dən Heydər Əliyev Prospekti bağlı olacaq.

"Biz başa düşürük ki, bu yolun bağlanması bizim sürücülər üçün yaxşı bir xəbər deyil. Amma istərdim sizin nəzərinizə çatdiram ki, bu yarışma hansı bir dövlətdə keçirilirsə yollar bağılanır. Misal üçün Türkiyədə keçirilən zaman hamımızın yaxşı tanıdığı Boğaz körpüsü bağlanmışdı", - Ələkbərov bildirib.

Favoritlərlə bağlı sualı federasiya nüməyəndəsi Alberx Robert cavablandırıb. O bildirib ki, favoritlər çoxdur, amma onların arasında ən yaxşıları Hollandiya, Lüksemburq və Qazaxıstan idmançılarını qeyd edə bilər.

Alberx Robert onu da bildirib ki, yarışmada birinci yeri tutan idmançı mavi rəngdə mayka geyinəcək.

Onu da nəzərinizə çatdıraq ki, ən yaxşı sprinter yaşıl rəngdə və ən yaxşı yürüşçü isə qırmızı rəngdə mayka geyinəcək.

Ələkbərov bildirib ki, bu rənglərin hamısı bayrağa uyğun seçilib.

Qeyd edək ki, yarış mayın 1-dən 5-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti