...

Bədii gimnastika üzrə XX Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 24 İyun 2013 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bazar ertəsi Bakıda sabah da davam edəcək bədii gimnastika üzrə XX Azərbaycan birinciliyi start götürüb.

Trend-in məlumatına görə, 2005-ci il təvəllüdlü gimnastlar arasında Rəhiməxanım Aslanlı ("Bakı" idman klubu), Asiman Orduxanova (Qusar) və Elnarə Cabbarova ("Bakı" gimnastika məktəbi) qalib adını qazanıblar.

Yarışlarda 130 fərdi gimnast iştirak edir, onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünüblər. Onlar senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılardır.

İdmançılar yalnız mütləq çöxnövçülükdə medallar uğrunda mübarizə aparırlar. "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" klubu, "Sərhədçi" İdman Cəmiyyəti, "Bakı" və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar, İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər. Qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr olunacaq.

Birinciliyin keçirilmə yeri "Sərhədçi" Olimpiya İdman Mərkəzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti