...

“Çelsi” Suaresi 40 milyon avroya almağa yaxındır

İdman Materials 5 İyul 2013 11:01 (UTC +04:00)
İngiltərənin “Liverpul” klubunun hücumçusu Luis Suares “Çelsi”yə keçə bilər.
“Çelsi” Suaresi 40 milyon avroya almağa yaxındır

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İngiltərənin "Liverpul" klubunun hücumçusu Luis Suares "Çelsi"yə keçə bilər. Trend-in məlumatına görə, bu barədə İspaniyanın "AS" qəzeti xəbər yayıb.

London təmsilçisi Uruqvay millisinin hücumçusunun keçidinə görə 40 milyon avro ödəməyə hazırdır. Suaresin "Çelsi"dən illik gəliri isə 5,5 milyon avro təşkil edəcək.

Daha əvvəl məlumat yayılıb ki, oyunçu ilə "Real", "Bavariya" və "Arsenal" klubları da maraqlanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti