...

Güləş yığmalarımız Kazan Universiadasında tam heyətlə iştirak edəcək

İdman Materials 9 İyul 2013 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş üzrə ölkə yığma komandaları da iştirak edəcək.

Güləş Federasiyasından Trend-ə daxil olan məlumata görə, sərbəst güləş yığmamız baş məşqçi Maqomed Aliomarov və böyük məşqçi Firdovsi Umudovun başçılığı altında yarışda qüvvəsini sınayacaq. Heyətdə Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq) Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Hacı Şərifov (96 kq) və Cəmaləddin Məhəmmədov yer alıb.

Qadın güləşi üzrə yarışlarda da yığmamız tam heyətlə çıxış edəcək. Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq), Natalya Palamarçuk (67 kq) və Gözəl Zutova (72 kq) Universiadaya yollanır.

Yunan-Roma güləşi üzrə yığma komanda məşqçilər Seyid Rəhmani Fuad və Musavi Seyid Əsgərin başçılığı altında yarışacaq. Heyətdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (74 kq), Fuad Əliyev (84 kq), Araz Həsənov (96 kq) və Abbas Abdullayev (120 kq) yer alıb.

Proqrama əsasən, 11-12 iyulda sərbəst, 13-14 iyulda qadın güləşçilər, iyulun 15-16-da isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti