...

Təbii qayalarda açıq respublika çempionatı keçiriləcək

İdman Materials 12 Sentyabr 2013 13:41 (UTC +04:00)
Sentyabrın 13-15-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək. Bu barədə Trend-ə federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Təbii qayalarda açıq respublika çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 13-15-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək. Bu barədə Trend-ə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Yarışda FAİREX-in "Salavat", "Ekstralife", "Şahdağ", "Zirvə", "Qaya Qartalları", "Ekosport", "Climber", "Gənclik", "AMEAST", "Qərb Universiteti", "Tanrıdağ", "Gəncə", "İrəli", "Rockstone", "Blackstone", "Şəki", "Kəpəz", "Kyanit", "Qafqaz" idman klublarının idmançıları iştirak edəcəklər. 100 nəfərə yaxın idmançının qatılacağı yarış kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal, final) keçiriləcək.

Qeyd edək ki, yarışda yerli idmançılarla yanaşı xarici ölkələrdən olan idmançıların da iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti