...

Qayayadırmanma üzrə açıq respublika çempionatı başa çatıb (FOTO)

İdman Materials 17 Sentyabr 2013 10:23 (UTC +04:00)
13-15 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.
Qayayadırmanma üzrə açıq respublika çempionatı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

13-15 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb. Bu barədə Trend-ə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib.

Yarışda FAİREX-in "Salavat", "Ekstralife", "Şahdağ", "Zirvə", "Qaya Qartalları", "Ekosport", "Climber", "Gənclik", "AMEAST", "Qərb Universiteti", "Tanrıdağ", "Gəncə", "İrəli", "Rockstone", "Blackstone", "Şəki", "Kəpəz", "Kyanit", "Qafqaz" və digər idman klublarının idmançıları iştirak edib.

Yerli və xarici idmançıların qatıldığı yarış kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda qızğın mübarizə aparıblar.
Yarışın sonunda qaliblər müəyyən olunub və nəticələrə görə ilk üçlükdə Azərbaycan klublarının idmançıları və İrandan gələn qonaqlar yer alıblar.

Sonda qaliblərə FAİREX tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti