...

Jalə Piriyeva azarkeşləri sevindirmək üçün məşq etməyə davam edəcək

İdman Materials 15 İyun 2014 14:15 (UTC +04:00)
Xalçada sıx çıxış cədvəli ümumi nəticəyə təsir etdi. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən Azərbaycan gimnastı Jalə Piriyeva deyib.
Jalə Piriyeva azarkeşləri sevindirmək üçün məşq etməyə davam edəcək

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Xalçada sıx çıxış cədvəli ümumi nəticəyə təsir etdi. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən Azərbaycan gimnastı Jalə Piriyeva deyib.

J.Piriyeva qeyd edib: "Gürzlə tapşırıqda sonuncu çıxışımı etdim, bir neçə dəqiqə sonra isə lentlə hərəkətləri yerinə yetirmək üçün xalçaya çıxdım. Təcrübəmdə hələ belə bir şey olmamışdı".

Onun sözlərinə görə, daha çox medal qazanmaması ilə bağlı hər hansı konkret səbəb yoxdur: "Deyə bilərəm ki, sadəcə alınmadı. Lakin ümidimi itirmirəm və Azərbaycan azarkeşlərini yüksək nəticələrlə sevindirmək üçün məşq etməyə davam edəcəyəm".

Qeyd edək, J.Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorlar arasında halqa ilə hərəkətlərdə gümüş medal qazanıb. O, digər növlərdə mükafatçılar sırasına düşə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti