...

FİLA adını dəyişir

İdman Materials 17 İyun 2014 11:30 (UTC +04:00)
Xorvatiyanın Dubrovnik şəhərində Beynəlxalq Güləş Federasiyası - FİLA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.
FİLA adını dəyişir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Xorvatiyanın Dubrovnik şəhərində Beynəlxalq Güləş Federasiyası - FİLA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, toplantıda FİLA-nın fəaliyyəti, qarşıdan gələn tədbirlər barədə fikir mübadiləsi aparılıb, güləş idman növünün daha da inkişaf etdirilməsi məqsədilə yeni təkliflər irəli sürülüb.

Güləş ictimaiyyətini maraqlandıran ən maraqlı təklif isə FİLA-nın adının və loqosunun dəyişdirilməsi təklifi olub. Belə ki, FİLA İcraiyyə Komitəsinin qərarına görə, qurumun adı UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası ilə əvəzlənə bilər.

İcraiyyə Komitəsinin bu qərarı bu ilin sentyabrında Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatı zamanı FİLA Konqresində müzakirəyə çıxarılacaq. Konqresin müsbət rəy verəcəyi təqdirdə FİLA-nın adı və loqosu dəyişəcək və UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası adlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti