...

"Real" Toni Kroosu heyətinə qatmaqda israrlıdır

İdman Materials 3 İyul 2014 18:49 (UTC +04:00)
"Bavariya" klubunun alman futbolçusu Toni Kroos 25 milyon avro qarşılığında Madridin "Real" klubuna keçə bilər.
"Real" Toni Kroosu heyətinə qatmaqda israrlıdır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Ulucay Məmmədov/

"Bavariya" klubunun alman futbolçusu Toni Kroos 25 milyon avro qarşılığında Madridin "Real" klubuna keçə bilər. Bu barədə Trend İTAR TASS-a istinadən məlumat verir.

İspaniya mətbuatında artıq "Real" klubunun "Bavariya" rəhbərliyi ilə razılığa gəldiyi bildirilir. Məlumata görə, "Real" ildə 5 milyon avro əməkhaqqı ilə 5 illik müqavilə imzalamağa hazırdır.

Lakin oyunçunun meneceri Folker Ştrut bütün xəbərləri təkzib edib. O, qeyd edib ki, futbolçu heç bir klubla razılığa gəlməyib.

T.Kroosun Almaniya çempionu ilə müqaviləsi 2015-ci ildə bitəcək. Oyunçunun müqaviləni uzatmaq niyyətində olmadığı deyilir. O özü isə karyerası ilə bağlı qərarı dünya çempionatından sonra verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti