...

"Azərreyl" avrokubok mövsümünə qələbə ilə başladı

İdman Materials 12 Noyabr 2014 00:39 (UTC +04:00)
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib
"Azərreyl" avrokubok mövsümünə qələbə ilə başladı

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib.

Trend-in məlumatına görə, beynəlxalq arenada çıxış edəcək 4 komandamızdan mübarizəyə öncə "Azərreyl" başlayıb.

Bakı təmsilçisi "Çelenc Cup"ın II təsnifat mərhələsinin ilk qarşılaşmada Avstriyanın "İnsburk" klubu ilə qarşılaşıb və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah, saat 15:30-da çıxacaqlar.

Xəbər lenti

Xəbər lenti