...

İdmançılarımız Türkiyədə ekstremal vəziyyətdə bacarıqlarını göstərəcəklər

İdman Materials 22 İyul 2015 15:38 (UTC +04:00)
20-25 iyul 2015-ci il tarixlərində Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 37-ci Kəmaliyyə Beynəlxalq Ekstremal İdman Növləri Festivalı keçiriləcək.
İdmançılarımız Türkiyədə ekstremal vəziyyətdə bacarıqlarını göstərəcəklər

Azərbaycan, Bakı, 22 iyul /Trend/

20-25 iyul 2015-ci il tarixlərində Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 37-ci Kəmaliyyə Beynəlxalq Ekstremal İdman Növləri Festivalı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda iştirak etmək məqsədilə Federasiyanın 7 nəfərdən ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə Türkiyəyə yola düşüb.

Müxtəlif ölkələrin qatılacağı Festivalda idmançılar təbii qayalarda müxtəlif idman dırmanması növləri ilə yanaşı, hava idman növləri üzrə də öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının xətti ilə çoxsaylı beynəlxalq idman tədbirlərində iştirak edən Milli Komandamız artıq öz bacarıqları ilə mütəmadi olaraq Azərbaycanın adını və bayrağını zirvələrə yüksəltməkdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti