...

Azərbaycan yığmasının baş məşqçisi: Batut gimnastikası üzrə Avropa Çempionatınadək bütün səhvlərimizi düzəldəcəyik

İdman Materials 5 Mart 2016 18:50 (UTC +04:00)
Martın sonunda İspaniyada keçiriləcək batut gimnastikası üzrə Avropa Çempionatınadək buraxdığımız bütün səhvləri düzəldəcəyik.
Azərbaycan yığmasının baş məşqçisi: Batut gimnastikası üzrə Avropa Çempionatınadək bütün səhvlərimizi düzəldəcəyik

Bakı. Maksim Tsurkov - Trend:

Martın sonunda İspaniyada keçiriləcək batut gimnastikası üzrə Avropa Çempionatınadək buraxdığımız bütün səhvləri düzəltməyə çalışacağıq. Bunu Trend-ə batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin deyib.

Baş məşqçi qeyd edib: "Ümid bəslədiyimiz komandanın lideri İlya Qrişunin təsnifatda səhvlər buraxdı. Amma necə deyərlər, yaxşıki indi, nəinki ayın sonunda Avropa Çempionatında. Düşünürəm çempionatınadək bütün səhvləri düzəldəcəyik. Amma heç də yaxşı formada olmayan Svetlana Makştarova isə finala çıxdı. Bu idmandır, psixologiya burada böyük rol oybayır. çalışacağıq, bundan sonra da işləyəcəyik".

"Ən əsası, öz kombinasiyalarını sonuna qədər yaxşı yerinə yetirməkdir. Tamaşaçıların dəstəyini xüsusi qeyd etmək istədim, idmançılara belə şəraitdə çıxış etmək çox xoşdur", - V.Sulikin deyib.

O əlavə edib ki, S.Makştarovaya finalda oldquca çətin olacaq, lakin şanslar var, mübarizəni davam etdirmək lazımdır.

Qeyd edək ki, Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku martın 5-6-da keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - İlk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

İlk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti