Bakı. Trend:
Bu gün Premyer Liqanın 29-cu turunun ilk oyunu keçirilib.
Trend-in məlumatına görə, "Qarabağ" "Kəpəz"i qəbul edib. Matça qonaqlar uğursuz başlayıblar. Belə ki, oyunun 17 və 42-ci dəqiqələrdə "Kəpəz"in futbolçusu Tural Axundov avtoqola imza atıb.
62-ci dəqiqədə Mahir Mədətov fərqi artırıb. Son dəqiqələrdə isə Samuel Armenteros son nöqtəni qoyub - 4:0.
Beləliklə, "Qarabağ" 66 xalla turnir cədvəlinin şəriksiz lideridir. 45 xallı "Kəpəz" 4-cü sıradadır.
Qeyd edək ki, turun digər oyunları aprelin 9-u və 10-da keçiriləcək.