...

Karateçilərimiz Avropa çempionatı qabağı son hazırlıq yarışına yollanır

İdman Materials 2 Aprel 2018 12:20 (UTC +04:00)
Milli komandanın üzvləri mayın əvvəli Avropa çempionatı qabağı son hazırlıq yarışına yollanır.
Karateçilərimiz Avropa çempionatı qabağı son hazırlıq yarışına yollanır

Bakı. Trend:

Milli komandanın üzvləri mayın əvvəli Avropa çempionatı qabağı son hazırlıq yarışına yollanır.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, böyüklər 6-8 aprel tarixlərində Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirində iştirak edəcək. Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində 18 idmançımız mübarizə aparacaq.

Azərbaycan Milli Karate Federasiyasnın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, qadınlardan ibarət milli komandanın böyük məşçqisi Anar Allahverdiyev, məşqçilər Rəşad Hüseynov və Denis Morozov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kəimov da var.

Məşqçilər heyəti fərdi kata və kumite, eləcə də komanda kata yarışlarında 18 idmançılımızın çıxış etməsini məqbul sayıb. Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də -67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov, Pənah Abdulayev (ikisi də -84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (üçü də +84 kq) kişilərin fərdi kuite turnirinə qatılacaq. Qadınların yarışında Nuranə Əliyeva, Fidan Teymurova (ikisi də -50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) çıxış edəcək.

Kata turnirində Roman Heydərov fərdi yarışda, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət isə komanda çıxışlarında iştirak edəcək. Rabat Premyer Liqasında 75 ölkədən 545 idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti