...

Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

İdman Materials 11 Dekabr 2018 11:51 (UTC +04:00)
Yeniyetmə və gənclərdən ibarət milli komandamız 14-16 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirinə yollanır.
Karateçilərimiz İtaliyada Gənclər liqası turnirində iştirak edəcək

Bakı. Trend:

Yeniyetmə və gənclərdən ibarət milli komandamız 14-16 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirinə yollanır.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 12 idmançımız iştirak edəcək. Baş məşqçi Anar Allahverdiyev və böyük məşqçi Qurban Tağıyev, eləcə də kata üzrə baş məşqçi Vahid Ayvazov və böyük məşqçi Vüqar Kərimov nüfuzlu turnirdə əsasən liderlərin iştirak etməsinə üstünlük verib.

14 15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Fidan Dadaşova (-48 kq), Emin Namazov (kata), 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq), Tural Yaqubov və Fərid Ağayev (-68 kq), Musa Sarızadə və Abbas Dadaşov (+76 kq), Mədinə Sadıqova (-48 kq), Polina Qurenko (-53 kq) və Ceyhun İsmayılov (kata) tatamiyə çıxacaq.

Məşqçilər A.Allahverdiyev, Denis Morozov, Gündüz Mahmudov və Əbülfət Qarayevdən başqa, beynəlxalq hakim V.Kərimov da Gənclər Liqasına yola düşür. Bu yarış 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak edəcəyi son rəsmi turnir olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti