...

Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

İdman Materials 8 İyun 2019 12:31 (UTC +04:00)
Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək futbol üzrə Azərbaycan və Macarıstan milli yığma komandalarının qarşılaşmasına bilet satışı davam edir.
Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Bakı. Samir Əli - Trend:

AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, oyun üçün satışa çıxarılan biletlərdən artıq 7 min 500-ü satılıb: "Hazırda bilet satışı davam etdirilir. Oyunla bağlı stadionda təşkilatçılıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir".

Qeyd edək ki, Azərbaycan-Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti