...

Azərbaycan millisi "Avro-2020"də Slovakiya ilə qarşılaşıb - HESAB?

İdman Materials 11 İyun 2019 22:07 (UTC +04:00)

Bakı. Trend:

İyunun 11-də futbol üzrə Azərbaycan millisi "Avro 2020"nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.

Trend-in məlumatına görə, "E" qrupu çərçivəsində "Bakcell Arena"da keçirilən oyun qonaq komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 8-ci dəqiqədə Macarıstan millisinin futbolçusu Stanislav Lobotkanın vurduğu qolla açılıb. Görüşdəki ikinci qolu da slovaklar vurub. 27-ci dəqiqədə Yuray Kuçka fərqlənib. Milimizin yeganə qolunu oyunun 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.

Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. Slovakiyanın kapitanı 57-ci dəqiqədən komandanın 4-cü qolunu vurub.

85-ci dəqiqə David Hançko Azərbaycan millisinin qapısından 5-ci qolu keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti