...

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

İdman Materials 18 İyun 2019 16:45 (UTC +04:00)
Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Bakı. Trend:

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi 1-ci mərhələdə Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-10-u, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti