...

Fransalı məşqçi: Komandanın uyğunlaşması rahat keçir

İdman Materials 13 Fevral 2020 18:16 (UTC +04:00)
Ümid edirəm ki, mənim yetirmələrim batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda medallar qazanacaq
Fransalı məşqçi: Komandanın uyğunlaşması rahat keçir

Bakı. Cani Babayeva - Trend:

Ümid edirəm ki, mənim yetirmələrim batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda medallar qazanacaq.

Bunu Trend-ə Fransa milli komandasının məqşçisi Giyom Burjon deyib.

O bildirib ki, Bakıdakı Dünya kuboku idmançılara Tokio Olimpiya oyunlarına lisenziya qazanmaq imkanı verir:

“Ona görə də mübarizə təkcə müxtəlif ölkələr arasında yox, həm də bir komanda daxilində gedəcək”.

Məşqçi əlavə edib ki, Fransa millisi yarışlara iki gün qalmış Bakıya gəlib:

“Komandanın uyğunlaşması rahat keçir. Fikrimcə, iki gün hazırlıq kifayət edəcək. Fransa bura gəlməzdən qabaq da səylə hazırlıq keçib. Bakıda idmançılar üçün həmişə yaxşı şərait yaradılır”.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti