...

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamaşaçıların emosiyaları (FOTO)

İdman Materials 15 Fevral 2020 18:41 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku birinci günü davam edir
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamaşaçıların emosiyaları (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku birinci günü davam edir.

Trend-in məlumatına görə, tamaşaçılar yarışları həyəcanla izləyir.

Onların dəstəyi idmançılara həyəcanın öhdəsindən gəlməyə kömək edir.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti