...

Dünya Kubokunun final mərhələləri ləğv olundu

İdman Materials 13 Mart 2020 21:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olundu.

Trend-in məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti