...

Fettel "Ferrari" ilə yeni müqavilə üzrə razılaşa bilmədi

İdman Materials 12 May 2020 04:15 (UTC +04:00)
Fettel "Ferrari" ilə yeni müqavilə üzrə razılaşa bilmədi

Bakı. Trend:

"Formula-1" üzrə dördqat dünya çempionu almaniyalı Sebastyan Fettel "Ferrari" ilə müqavilənin uzadılması üzrə razılaşa bilməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, S.Fettel 2020-mövsümünün sonunda komandanı tərk edəcək. Bu gün bu barədə rəsmi qərar veriləcək.

Daha əvvəl bildirilirdi ki, "Ferrari" 32-yaşlı S.Fettelə müqaviləni bi mövsüm müddətinə uzatmağı və maaşın azaldılmasını təklif edib. Lakin S.Fettel təklifdən imtina edib.

Qeyd edək ki, S.Fettel 2007-ci ildən "Formula-1"də iştirak edir. Bütün dörd çempionluğunu S.Fettel "Red Bull" komandasında qazanıb (2010-2013). "Ferrari" komandasına S.Fettel 2015-ci ildə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti