...

UEFA Millətlər Liqası: Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib

İdman Materials 14 Noyabr 2020 23:03 (UTC +04:00)
UEFA Millətlər Liqası: Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib

Bakı. Trend:

UEFA Millətlər Liqasının növbəti turunda "C" liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması Monteneqro komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçirilən oyunda qol vurulmayıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, bu oyundan sonra Azərbaycan millisi 5 xal qazanıb və 3-cü pillədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti