Bakı. Trend:
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı Rüstəm Orucov olacaq.
Trend-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək: "eçən Olimpiadada qızıl medal alan idmançılardan bu ilki yarışa qatılan olmayacağı üçün gümüş medalçı Orucov bayraqdar olacaq. Rüstəm bu baxımdan ideal seçimdir".