...

"Qarabağ" - AEL oyunun hakimləri məlum olub

İdman Materials 9 Avqust 2021 10:46 (UTC +04:00)
"Qarabağ" - AEL oyunun hakimləri məlum olub

Bakı. Trend:

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Trend xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona yan xətlərdə Silver Koiv və Sten Klaasen köməklik göstərəcək.

"Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti